tcgconstruction

Turan Construction Group

Haqqımızda

0 + il
Tarixçə
0 +
Bitmiş layihə
Biz kimik

Biz ən yaxşı və peşəkar komanda qururuq

Turan Construction Group tikinti sektorunda özünü doğrultmuş və yüksək səviyyədə xidmət göstərən inşaat və mexanik təsisat şirkətidir. Əsas fəaliyyət sahələrimiz, inzibati binaların, villaların, bağ evlərinin, ofis binalarının, ticarət komplekslərinin tikintisi, mühəndis kommunikasiya qurğularının quraşdırılması və təmirindən ibarətdir. Zövqünüzü oxşayacaq interyer və eksteryer dizaynı və eləcədə tikinti işlərini təcrübəli, peşəkar komandamızda olan mühəndis, dizayner, memar, mexanik, elektrik, santexnik, smetaçı və digər mütəxəssislərimiz həyata keçirir. Biz bu işi bilərək və sevərək edirik. İşində peşəkar heyyətimiz və bacarıqlı ustalarımızla işlərimizi keyfiyyətlə sizə təhvil veririk.

Sizə xəyalınızdakı layihəni inşa edirik

Turan Construction Group

Şirkətimizin yaranma tarixçəsi

Turan Construction Group 2010-cu ildən başlayaraq komanda şəklində, 2018-ci ildən isə şirkət olaraq professional xidmət göstərən, bir çox iri layihələrdə kifayət qədər uğurlu iş sərgiləmiş tikinti şirkətidir.Fəaliyyətinə ilk olaraq mexaniki təsisat işləri ilə başlayan şirkət bir sıra digər xidmətləridə əlavə edərək hal-hazırda böyük bir komanda ilə çalışmaqdadır. Bu illər ərzində şirkətimiz müxtəlif ( fərdi ev və mənzillər, ticarət obyektləri, icimai və iaşə obyektlər) layihələri uğurla həyata keçirərək yüksək nailiyyətlər əldə etməyə müvəffəq olmuşdur.

Vizyonumuz və Missiyamız

Xəyalınızdakı layihəni bizimlə reallaşdırın

Vizyonumuz

Dünyanın fərqli bölgələrində kompleks layihələri həyata keçirmək bizim ən böyük amalımızdır. Buna görədə şirkətimizi böyütmə yolunda çox çalışırıq.​

Missiyamız

Missiyamız vaxta və hüquqlara hörmət edərək, bütün layihələrimizin inşasını və müştəri məmnuniyyətini ən yüksək səviyyəyə qaldırmaqdır.

2010-cu ildən başlayaraq komanda şəklində, 2018-ci ildən isə professional xidmət göstərən şirkətdir.

Sosial şəbəkələr

Bizi izləmədə qalın